Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? – AKTUAL

Ötən gündən etibarən istilik mövsümünə start verilsə də, bəzi ərazilərə hələ də istlik verilməyib. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrəndik.

Qurumdan Sputnik Azərbaycan-a açıqlamada bildirilib ki, digər ərazilərin də istiliyi yaxın vaxtlarda təmin olunacaq. Həmin ərazilərdə istlik mövsümünün gecikməsinin səbəbi isə belə izah olunub: “Qazanxanalar mərhələli şəkildə işə salınır. Həmin ərazilərdə də istilik mövsümü başlayacaq. Yəqin ki, sabaha bu işlər yekunlaşacaq”.

Alət çubuğuna keç