Bəstəkar Sevinc Tofiqqızı Mübariz Mənsimova görə Azərbaycan Prezidentinə müraciət etdi

UTVİNFO xəbər verir ki, Bəstəkar Sevinc Tofiqqızı, azərbaycanlı iş adamı, xeyriyəçi, hazırda Türkiyədə həbsdə olan Mübariz Mənsimovun azad edilməsində köməklik göstərilməsi üçün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəsmi müraciət edib.

Həmin müraciətin mətnini olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti, hər birimizin sevimlisi Cənab İlham Əliyevə Bəstəkar Sevinc Tofiqqızı tərəfindən

Müraciət

Cənab Prezident.

15 mart 2020 ci-il tarixdə Türkiyə Respublikasında yaşayan Azərbaycanlı iş adamı, Azərbaycan və Türkiyə dövlətləri arasında olan dostluq körpüsünün daha da möhkəm olması naminə böyük səylə çalışmış,  vətənpərvər Mübariz Mənsimov məlum istintaq prosesinin gedişi ilə bağlı polis tərəfindən saxlanımış və Türkiyə Məhkəməsi tərəfindən barəsində həbs qərarı verilmişdir.

Həbs olunmamışdan öncə ağır əməliyyat keçirmiş  Mübariz bəyin səhhətinin daha da  pisləşməsinə baxmayaraq,  o , hələ də həbsdə  saxlanılır.

Ona qarşı irəli sürülən ittihamla barışmadığından  aclıq aksiyası keçirdi və keçirdiyi bu aksiya onun sağlamlıq durumuna da pis təsir etmişdir.

Mübariz Mənsimov Azərbaycan və Türk xalqlarını çox sevmiş, hər zaman ehtiyacı olan insanlara köməklik göstərmişdir.

Onun həbs edilməsindən xəbərsiz  olan xəstə yaşlı valideyinləri  və uşaqları onun yolunu gözləyir.

Böyük məhəbbətlə insanlığa xidmət etmiş, Türk dünyasının dərdini öz dərdi bilən təəssübkeş Mübariz Mənsimov  bu gün həbsxanada ağır  xəstəliklə mübarizə  aparır.  

Hörmətli Prezident.

Biz daim sizin humanistliyinizin, Ümummilli liderimiz Heydər Əliyevin  əsasını qoyduğu Azərbaycançılıq idiologiyasına daim önəm verdiyinizin , dövlətinə və vətəninə bağlı olan hər bir Azərbaycanlıya dəstək verdiyinizin canlı şahidi olmuşuq.  

Xeyriyyəçi Mübariz Mənsimovun himayəsində olan  ahıl yaşlı  xəstə ata və anasını, onun yolunu gözləyən uşaqlarını, azadlığa qovuşmasını arzulayan  insanların istəyini nəzərə alaraq, ona köməklik etməyinizi Sizdən xahiş edirəm.  Sizə inanıram və  mövcud məsələyə öz ali münasibətinizi bildirəcəyinizə ümid edirəm.

Hörmətlə

Bəstəkar Sevinc Tofiqqızı

Alət çubuğuna keç