“Aztelekom”dan şok MAXİNASİYA: 20 manatlıq şirkətə 1,5 milyonluq tender – FOTO

“Aztelekom” MMC bu gün istismarda olan Cisco avadanlıqları üçün zəmanət və texniki dəstək xidmətinin satınalınması ilə bağlı “İnfinitech” MMC ilə müqavilə bağlayıb.
GUNinfo.az  xəbər verir ki, müqavilənin qiyməti 1 milyon 438 min 9 manat 49 qəpik olub.

 

Qeyd edək ki, 2002-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 20 manatdır.
“İnfinitech” MMC 06.09.2019 tarixindən indiyə kimi 25 satınalmanın qalibi olub.