“Azərkitab”da Vətən müharibəsi ilə bağlı videokonfrans – Foto

Dekabrın 13-də “Azərkitab” Kitab Təbliği Mərkəzində “Qarabağ Azərbaycandır – Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə Müzəffər Ordumuzun 44 gün ərzində göstərdiyi əsrin hərb mədəniyyəti” mövzusunda videokonfrans keçirilib.

525.az xəbər verir ki, videokonfransda Vətən müharibəsi qaziləri və ziyalılarımız iştirak edib.

Tədbirdə Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açıb. O öz çıxışında son 30 ildə erməni faşizminin işğalçılıq siyasətindən danışıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 gün ərzində əldə etdiyi tarixi qələbənin bütün dünyada XXI əsrin ən uğurlu hərb siyasəti kimi qiymətləndirildiyini bildirib.

Bu qələbə bir daha onu göstərdi ki, dövlətimizin müstəqilliyi naminə Azərbaycan xalqı, bütün siyasi qüvvələr Prezidentimizin ətrafında birləşməyi bacardı və bu möhtəşəm qələbəyə nail oldu.

10 Dekabrda keçirilən Zəfər Paradı düşmənlərimizə və onun havadarlarına əsl göz dağı oldu.Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik.Qarabağ Azərbaycandır!

Yaşasın Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev!Yaşasın Müzəffər Ordumuz!Yaşasın Türkiyə Azərbaycan dostluğu və qardaşlığı!

Qeyd edək ki, tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, tarixçi alim Cahangir Afşar, Ukrayna Azərbaycan Ticarət evinin rəhbəri Əlibala Məhərrəmzadə, şair Yusif  Nəğməkar iştirak ediblər.

“Azərkitab”da Vətən müharibəsi ilə bağlı videokonfrans – Foto

 

Alət çubuğuna keç