Azərbaycanlılara hücum edən ermənilər HƏBS EDİLDİLƏR

İstintaq Moskvanın cənubunda baş verən kütləvi davada iştirak etməkdə ittiham olunan 5 nəfərin həbs qətimkan tədbirinin istintaq təcridxanasına göndərilməsini tələb edir.

“TASS”a xəbər verir ki, bu barədə Moskvanın Nikulinski Məhkəməsində müvafiq ərizələrin qəbul olunduğu məlumat verilib.

“Məhkəməyə bir qrupun xuliqanlıq iddiasında Nikoyan S. M., Nikoyan A. A., Petrosyan A. P., Petrosyan N. Sh. və Apreyan A. A. şəxslərlə əlaqədar həbs qərarı daxil olub”, – məhkəmədən bildirilir.

Xatırladaq ki, iyulun 24-də bir qrup erməni Moskvanın cənubunda yerləşən “1001 gecə” adlı azərbaycanlının restoranına hücum ediblər. Təcavüzkarlar metal dəmirlərlə stulları sındırıb və lövhələri qırıblar. Ertəsi gün Moskvanın cənubunda ermənilərlə azərbaycanlılar arasında daha bir kütləvi dava baş verib.

Alət çubuğuna keç