Azərbaycan tarixində Respublika Veteranlar Təşkilatının ilk xanım sədirinə, Beynəlmiləlçi döyüşçülərərin təbriki

Azərbaycan Respublikasi Veteranlar Təşkilatın sədri,
İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü
FATMA SƏTTAROVA

Əziz və hörmətli Fatma xanim!
Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev müvafiq Fərmanı ilə, Böyük Vətən Müharibəsinin xanım vereranı kimi böyük etimad və ümüd bəsləyərək, Sizi Azərbaycan Respublikasi Veteranlar Təşkilatın sədri vəzifəsinə təyin etməsinı, Biz, еhtiyatda olan Azərbaycan Silahlı Qüvələrinin, Əfqanıstan və Qarabağ müharibə veteranları müsbət dəyərləndirərək, Sizi bu şərəfli və məsuliyyətli vəzifəyə seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edərək, Sizə bu mühüm vəzifənizdə uğurlar arzulayırıq.
Bu, bir daha Möhtərəm Prezidentimizin Azərbaycan Xanımına verdiyi ən yüksək dəyərdir.
Biz, gənc nəsilin veteranları, Sizin 1941-1945-ci ildərdəki İkinci Dünya Müharibəsinin başlandığı ilk aylarda 18 yaşında ikən, gənc Azərbaycanlı tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanaraq fədakarcasına Moskva, Leninqarad, Stalinqrad, Berlinin və Macarstan uğrunda gedən ağır döyüşlərdə ölümünüzü gözünüzün qabağına gətirərək, bomba mərmiləri altında ağır xəsarət almış əsgərləri artilleriyanın atəşləri altında döyüş meydanından çıxarmağımızı, hərbi hospitallardakı keçirdiyiniz o, açı xatirəli günləri və Sovet Ordusunun Alman faşizm üzərindəki qələbəsində Sizində əvəz olunmaz xidmətlərinizi yaxşı bilirik.
Siz, Respublika Veteranlar Təşkilatının müharibə və əmək veteranı kimi, Azərbaycanın müstəqilliyi və inkişafı üçün, əlinizdən gələn köməkliyi dövlətimizdən əsirgəməyərək, müharibə veteranları ilə birlikdə, Birinci Qarabağ müharibəsində və sonrakı dövürlərdə döyüş bölgələrinə Vətənimizin keşiyində duran əsgərlərimizin yanına gedərək, əsgərlərimizin döyüş ruhunu qaldırmıası, vətəni sevməyi, vətəni göz bəbəyi kimi qorumaları üçün və o, cümlədən Ümumtəhsil məktəblərdə keçirilən tədbirlərdə yaxından iştirak edib, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyə olunmasında təbliğat apararaq öz bilik və bacarığınızı onlardan əsirgəmmisiniz.
Azərbaycan dövlət siyasətinə dəstək verərək, MDB ölkələrində İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə, Azərbaycan, Rusiya, Belarsiya və Ukraniya xalqları arası döstluq əlaqələrinin möhkəmləndirərək, veteran təşkilarları ilə qarşılıqlı əməkdaşlıq edərək, Veteran Həmrəyliyini, xalqlarımızın döstluq əlaqələrini inkişaf etdirməsində və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Sizin böyük əməyiniz olmuşdur.
Bu gün, Sizin kimi Vətən qarşisindaki xidmətləri olmuş İkinci Dünya müharibəsi veteranları böyüməkdə olan gənc nəsilin hərbi vətənpərvərlik ruhunda böyümələri üçün canli səlnmədir.

Əziz və hörmətli Fatma xanim!
Inanırıq ki Siz, Azərbaycan tarixində Respublika Veteranlar Təşkilatının ilk xanım sədri və bir çətin müharibə yolu keçmiş ağbirçək ana kimi, 27 sentyabr və 8 noyabr 2020 –ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə, ölkənin ictimai-siyasi həyatında, o cümlədən 100 minlik müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunasında və bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə olunmasında əlinizdən vələn köməkliyi onlardan əsirgəməyəcəksiniz.
Bizdə bu sahədə ixtisaslaşmış və Azərbaycan Respublikasi Veteranlar Təşkilatı ilə yaxından əməktaşlıq edən müharibə təşkilatı, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu olaraq, Sizə əlimizdən gələn kömkliyi əsirgəməyəcəyik .

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kolektivi adından Sizi, Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan Vetran hərakatının inkişafında, Gənclərin hərbi vətənpərvərlik ruhunun aşılaması istiqamətində, Şəhid ailələrinə, müharibə Qazilərinə, Veteranlarına göstərdiyi diqqət-qayğıya və Vətən Müharibəsində arxa cəbhədə göstərdiyiniz xidmətlərinizə görə, Fondumuzun “DÖYÜŞ SƏLNAMƏSİ” Fəxri-Fərmanı və “XEYİRXAQ və MƏRHƏMƏTLİ” medalı ilə təltif edərək, Sizə həyatda uzun ömür, can sağlığı və gələcək fəaliyyətində yeni-yeni müvəfəqqiyətlər arzulayırıq.

 

Hörmətlə, Azərbaycan Respublikası
“Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti,
Azərbaycan Respublikasi Veteranlar Təşkilatın Səbail rayon şöbəsinin üzvü,
Əfqanstan və Qarabağ müharibəsi veteranı Sərraf Orucov

Alət çubuğuna keç