Azərbaycan sahibkarlarına dəyən ziyanın müəyyən olunması istiqamətində məlumatlar toplanır

Azərbaycanın sahibkarlıq subyektlərinə dəyən ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, məlum olduğu kimi cari ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib.

“Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində fəaliyyətlərinə KOBİA-ya məlumat vermələri xahiş olunur”, – KOBİA-dan bildirilib.

Əlaqə telefonu: (012) 404-04-01 (daxili 187), (055) 200-02-96.

Alət çubuğuna keç