“Azərbaycan prezidenti Paşinyanın maskasını cırdı” – Armen Aşotyan

Qarabağ problemi və İlham Əliyevin son açıqlamalarına bir daha qayıdan A.Aşotyanın fikrincə, Azərbaycan prezidentinin son bəyanatları hansı siyasi məqsədlərlə səsləndirdiyi bəllidir. Bu, vahid siyasətin tərkib hissəsidir.

“Türkiyə tərəfinin də bəyanatlarına nəzər yetirsək, anlaşılır ki, burada söhbət sadəcə, Azərbaycanın Qarabağı istəməsindən getmir. İndi Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir! Dünyada baş verən geosiyasi proseslərin fonunda türk dövlətlərinin iştahı daha da artıb. İndi onlar yalnız Qarabağı istəmirlər”, – deyə ERP-nin sədr müavini qeyd edib. O, fikrini belə davam etdirib: “İlham Əliyevə cavab verməkdənsə, Nikol Paşinyanın faydasız mühazirələrini dinləyirik. Ermənistanın xarici işlər naziri də emosional nitq söyləsə də, Azərbaycan lideri Əliyevin çıxışına münasibət bildirmir. O, bu mövzunu hakimiyyətpərəst azərbaycanşünasların öhdəsinə buraxır. Bu, sadəcə absurddur!”.

Aşotyan hesab edir ki, İlham Əliyevin bəyanatlarının arxasında “aydın şəkildə tank, top görünür”. “Biz müharibədən qorxmuruq, amma problem daha ciddidir: müharibə başlayarsa, günahkar Ermənistan sayılmamalıdır”, – deyə o, bildirib.

Sədr müavininin fikrincə, hazırda Ermənistan informasiya müharibəsində də Azərbaycana açıq-aşkar məğlub olur: “Zöhrab Mnatsakanyan Misirdə bəyan etmişdi ki, Ərdoğan Azərbaycana silahlı dəstələr göndərir. Bəs niyə bizim diplomatiyamız bu məsələni xarici mətbuata çıxarmır? Axı Azərbaycanın təbliğat maşını çox güclü çalışır. Hər gün mətbuatda PKK döyüşçülərinin Ermənistana toplaşdığına dair məqalələr dərc olunur. Ermənistanın təbliğat maşını isə hakimiyyətin daxildəki rəqiblərinə qara yaxmaqla məşğuldur”.

A.Aşotyanın fikrincə, bu gün “DQR” (dırnaq işarəsi bizə aiddir – Ovqat.com) ilə Ermənistanın münasibətlərində də xaos hökm sürür. “Qarabağın lideri Arayik Harutyunyan deyir ki, Nikol Paşinyana tabe olmaqdan çox şad olarmış. Çünki bu, Qarabağın Ermənistana birləşməsi demək olardı. Təəssüf ki, Harutyunyan dövlətçiliyin nə olduğunu anlamır. Yüksək vəzifəli dövlət xadiminin belə fikir söyləməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin məntiqinə ziddir. Çünki erməni tərəfinin mövqeyi xalqların öz müqəddəratını təyinetmə prinsipinə əsaslanır. Bütün bunlardan hansı nəticəyə gəlmək olar? Demək, Sergey Lavrovun dediyi kimi, Nikol Paşinyanın qarşısına münaqişənin həllinə dair elə sənədlər toplusu qoyublar ki, ondan imtina etmək mümkün deyil. Digər tərəfdən, proses elə aparılır ki, sonda günahkar Ermənistan olacaq”, – deyə A.Aşotyan qeyd edib.

Nelli Qriqoryan

Alət çubuğuna keç