Azərbaycan Ordusunun döyüş taktikası – HƏRB TARİXİNDƏ YENİLİK

“Düşmən elə bildi ki, biz mərkəzdən hücum edəcəyik. Lakin bir çox ekspertin də qeyd etdiyi kimi, bu, sürətli müharibə idi. Bizə sürət baxımından üstünlük əldə etmək lazım idi. Sürəti də təmin etmək üçün məhz cənub istiqamətindən hücum edildi”.

Bu sözləri Redaktor.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbyacanın müharibə taktikası ilə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistan tərəfi bizim nə vaxtsa hücum edəcəyimizi bilirdi, lakin bu hücumun klassik variantda olacağını düşünürdü:

“Düşmən komandanlığı məhz bu yanlış düşüncəyə görə öz müdafiəsini qurmuşdu. Nəticəsi isə Ermənistan ordusu üçün çox ağır oldu.

Döyüşlərin ilk həftəsinin sonunda xəritələr üzərindən də gördük ki, ordumuz iki istiqamətdən əks-hücum edir – şimal istiqaməti, Murov dağı tərəfdən və cənub, İran sərhəd boyu. Hətta peyk vasitəsi ilə yayılan xəritələri izləyən bir çox insan ordumuzun şimaldan hücumunun dayandırıldığını, məhz buna görə cənubdan irəlilədiyini düşünməyə başladı.

Bu, bir aldatma idi – çox düşünülmüş, strateji cəhətdən düzgün seçilmiş bir taktika idi. Bu taktika bizə imkan verdi ki, düşməni istədiyimiz nöqtəyə geri çəkilməyə məcbur edib və ya əksinə, istədiyimiz nöqtədə saxlaya bilək. Düzdür, düşmən cənubda müntəzəm məğlubiyyətlə üzləşirdi, ancaq daim elə bir vəziyyətdə saxladıq ki, bizim əsas istiqamətimizin hansı olduğunu seçə bilmədi. Düşmən elə bildi ki, biz mərkəzdən hücum edəcəyik. Lakin bir çox ekspertin də qeyd etdiyi kimi, bu, sürətli müharibə idi. Bizə sürət baxımından üstünlük əldə etmək lazım idi. Sürəti də təmin etmək üçün məhz cənub istiqamətindən hücum edildi. Onu da qeyd edim ki, bu bölgələr düzənlik olduğu üçün və Azərbaycanın texniki imkanlarını nəzərə alaraq, bizə lazım olan sürət üstünlüyünü təmin etdi.

Digər tərəfdən, əlbəttə, İranla sərhədi tam bərpa etməli idik. Buna görə də Ordumuz Zəngilan, Cəbrayıl istiqamətində yolu bağladı. Bu da vacib bir amildir”.

Alət çubuğuna keç