Azərbaycan bu layihədən 40 milyard qazanacaq

Cənub Qaz Dəhlizi layihəsindən 2046-cı ilədək gəlirlərin həcmi təxminən 40 mlrd. ABŞ dolları təşkil edəcək.

Bu barədə “Report”a eksklüziv müsahibəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

“İlkin hesablamalara əsasən, neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışarsa, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin təxminən 40 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır”-, Ş.Mövsümov deyib.

 

Hazırki tarixə ARDNF tərəfindən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 1,2 mlrd.ABŞ dolları, korporativ qiymətli kağızlarının əldə edilməsinə isə 2,5 mlrd. ABŞ dolları həcmində vəsait yönəldilib. “Layihənin maliyyələşdirilməsi hazırda beynəlxalq maliyyə institutları və ixrac kredit agentliklərinin sindikatlaşdırılmış kreditləri, habelə Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların emissiyası yolu ilə həyata keçirilir”,- ARDNF rəhbəri əlavə edib.

İlahə Məmmədli

Alət çubuğuna keç