Axtarışa verdiyimiz separatçı bu gün Xankəndində Qarabağın gələcəyindən danışacaq!..

16 dekabr saat 12:00-da Azərbaycan Baş Prokurorluğunun barəsində cinayət işi qaldıraraq axtarışa verdiyi separatçı-terrorçu ermənilərin başçısı Araik Arutyunyan Xankəndi şəhərimizdə ermənilərə video-müraciət ünvanlayacaq.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

Müraciətdə A.Arutyunyan Qarabağda gözlənilən hadisələrdən, proseslərin gələcəyindən bəhs edəcək.

Təbii ki, bu prosedur 44 günlük savaşda ordumuzun qalibiyyəti hesabına əsirlikdən azad edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi şəxsən Bakıya gətirməklə Azərbaycan xalqının gözünə kül üfürərək separatçılara çoxsaylı dəstək əməllərini ört-basdır etməyə çalışan general Rustam Muradovun başçılıq etdiyi Rusiya sülhməramlılarının gözü qarşısında və icazəsilə baş tutacaq…

Alət çubuğuna keç