Avropa Yəhudiləri İcmasının təmsilçiləri Gəncədə olub

Avropa yəhudiləri icmasının baş ravini Şneor Seqal Gəncə şəhərində olub.

Şneor Seqal Ermənistan hərbi birləşmələrinin raket hücumuna məruz qoyduğu məkanlara baş çəkib. Dağılmış evlərin yerinə gül dəstələri qoyan icma rəhbəri həlak olanların xatirəsini yad edib.

Gəncədən seçilən millət vəkili Naqif Həmzəyev icma rəhbərinə təşəkkür edib, bu ziyarəti İsrail xalqının Azərbaycana dəstəyi kimi dəyərləndirdiklərini bildirib.

 

Avropa Yəhudiləri İcmasının təmsilçiləri Gəncədə olub
Alət çubuğuna keç