“Avropa Şurası və Avropa Parlamenti Azərbaycana izah etsin ki, niyə…” – Vitse-prezident

Cənab Prezident haqlı olaraq Avropa institutlarına və beynəlxalq təşkilatlara irad tutdu. Əgər insan hüququ və azadlıqlarının qorunması məsələsində ali dəyərlər mövcuddursa, bütün ölkələr bərabər prinsiplə yanaşılmalıdır. Konkret Ermənistanın nümunəsində isə bu gün işğalçı ölkədə diktatura qurulub. Nikol Paşinyan hakimiyyətin hər üç qolunu nəzarətə götürüb. Məhkəmə, parlament və icra strukturları bu gün gün Paşinyanın iradəsindədir. Rəqiblərini, oppenentlərini, tənqidçiləri susdurur, həbs edir. 70-ə yaxın rəqibi, parlamentin fraksiya rəhbərləri həbs olunanlar sırasındadır.

Bu fikirləri Telerqaf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bilidirib.

Vitse-prezidentin sözlərinə görə, 10 noyabr aksiyası zamanı Ermənistan parlamentinə daxil olan bir şəxs artıq fiziki cəhətdən məhv edilib: “Baş verənlər göstərir ki, Paşinyan diktaturası rəqiblərinə qarşı çox amansızdır, beynəlxalq hüquq normalarını, ölkəsinin qanunlarını pozaraq rəqiblərinə amansız divan tutur. Lazım gəldikdə onları məhv edir. Ancaq bütün bunlara heç bir beynəlxaq qurum reaksiya vermir. Avropa Şurası, Avropa Parlamenti Ermənistanda baş verənlərə görə irad bildirmir”.

Azay Quliyev qeyd edib ki, Azərbaycanda adi bir məişət zəminində olan problemi Avropa Şurası və Parlamenti dərhal nəzarətə götürür, bunu ictimailəşdirir: “Hətta təcili və təxirəsalınmaz debatlar təşkil edir. Sonradan ölkəmiz əleyhinə qərarlar qəbul olunur. Ona görə də çox haqlı və legitim sual ortaya çıxır. Azərbaycana qarşı basqı və təzyiq üslundan istifadə edənlər Ermənistanda dünyanın gözü qarşısında baş verən vəhşiliyə niyə göz yumur? Bu, insan və beynəlxalq hüquq normalarına çox böyük hörmətsizlikdir. Ermənistan beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb.

Bu öhdəliyin kobud şəkildə pozulmasına Avropa Şurasının göz yumması qəbuledilməzdir. Ona görə də izahat tələb olunur. Azərbaycan cəmiyyəti üçün də maraqlıdır, Avropa Şurası və Avropa Parlamenti Azərbaycana izah etsin ki, niyə Ermənistanda baş verən qanun pozuntularına hələ də reaksiya vermir? Bəlkə doğrudan da ermənilərin belə bir toxunulmazlıq hüququ var? Yoxsa Ermənistanı hansısa güclü bir əl qoruyur? Bunlar açıq suallardır. Buna cavab verilənə qədər həmin təşkilatlara etibarlılıq, inam tam şəkildə zədələnir. Avropa institutları mandatına uyğun buna öz etirazını bildirməlidir. Eyni zamanda beynəlxalq qeyri-hökumət təşkilatları Ermənistanda baş verən bu rəzalətə münasibət bildirmir. Bu təşkilatlar proseslərə selektiv yanaşma sərgiləyir. Onlar istədikləri ölkəni qaralayaraq onun beynəlxalq imicinə zərbə vurmaqla istəklərini həyata keçirirlər”.

 

Müəllif: Tapdıq Qurbanlı
Alət çubuğuna keç