“Artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə bilərik”

“Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək: “Ancaq bizim fikrimiz ondan ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər. Bu, artıq bizim gündəliyimizdə olan vacib məsələdir. Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcək”, – dövlət başçısı bildirib.
Alət çubuğuna keç