APREL DÖYÜŞLƏRİNDƏ

Könüllülər çoxaldı,
Cəbhəyə yola saldı.
Düşməni qorxu sardı.
Aprel döyüşlərində.
Çox qısa bir müddətdə,
İrəlilədik birlikdə,
Düşməni qovaladıq,
Aprel döyüşlərində.
Çocuq mərcanlı aldıq,
Düşməni məhv elədiq,
Biz qələbə qazandıq,
Aprel döyüşlərində.
Hər bir kəs inanmışdı,
Cəbhəyə axışmışdı,
Yollar aydınlaşmışdı,
Aprel döyüşlərində.
Bizlərdə şəhid verdik,
Torpağı azad etdik.
Düşməni biz məhv etdik,
Aprel döyüşlərində.
Kiçik böyük dəmədən,
Ölümü düşünmədən.
Hücüm etdik həp birdən,
Aprel döyüşlərində.
Güclü bir ordumuz var,
İnamlı bir lider var.
Əzimli xalqımız var,
Aprel döyüşlərində.
Şəhid ruhu şad olsun,
Vətənimiz var olsun.
Başımız da sağ olsun,
Aprel döyüşlərində.
Vətən üçün can verdin,
Şəhidliyə yüksəldin.
Bizlərə qürur verdin,
Aprel döyüşlərində.
Haqlı bir davamız var,
Adımız sanımız var.
Qazanma arzumuz var,
Həyat mübarizində.
Aprel döyüşlərində.
Fesih Alioglu