Ankaradan sanksiya qərarına sərt reaksiya: – Rədd edirik!

Avropa Parlamenti (AP) Baş Assambleyasının Türkiyə və Şimali Kiprə dair qəbul etdiyi tövsiyə qərarını tamamilə rədd edirik.

Rubrika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu qərar AP-nin Kipr məsələsində reallıqdan kənar və qərəzli olduğunu bir daha göstərdi:

“Bu yanaşma və düşüncə tərzi davam edərsə, Avropa Birliyi (AB) qurumlarının Kipr məsələsinin həllinə konstruktiv töhfə verməsi mümkün deyil. Türkiyə-AB münasibətlərində Kipr məsələsinin problem yaradılması nə AB-nin ümumi mənafelərinə, nə Kipr probleminin həllinə, nə də qonşuluq münasibətlərinin yaxşılaşdırılmasına xidmət edir. AP və AB-ni Kipr adasındakı həqiqətlərlə üzləşməyə, Kiprin türk xalqının varlığını nəzərə almağa və AB-nin 2004-cü ilin aprel ayında Kipr türklərinə verdiyi öhdəliklərini yerinə yetirməyə dəvət edirik. Türkiyə həm özünün, həm də Kipr türklərinin haqlarını qətiyyətlə qorumağa davam edəcək”.

Qeyd edək ki, ötən gün AP Maraşın açılmasının qarşının alınması, AB-nin Türkiyəyə sanksiya tətbiq etməsi və Kipr müzakirələrinin bərpası kimi tələbləri əhatə edən tövsiyə qərarı qəbul edib.

Rubrika.az

Alət çubuğuna keç