Ankaradan Bakıya növbəti dəstək: “Yanınızdayıq!”

Ermənistana qarşı haqlı mövqe sərgiləyən Azərbaycanın yanında olacağıq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murad Qurum deyib.

“Gəncədə günahsız insanları qətlə yetirən Ermənistana qarşı haqlı mövqe sərgiləyən azərbaycanlı qardaşlarımızın, canlarımızın, dostlarımızın daim yanında olduq və bundan sonrakı müddətdə də Türkiyə olaraq yanında olacağıq. Bölgədə sülh və əmin-amanlığın təmin edilməsi adına azərbaycanlı qardaşlarımızın mübarizəsinə dəstək olmağa davam edəcəyik. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara da şəfa diləyirik”, – nazir bildirib.

Alət çubuğuna keç