Rezonans informasiya portalı 1 yaşını qeyd edir

Bu gün Rezonans.az informasiya portalının fəaliyyətə başlamasından 1 il ötür.

Rezonans.az informasiya portalı 1 il ərzində müstəqil media sahəsində ədalətli və qərəzsiz, operativ şəkildə dövlət müəssisələri, nazirliklər, icra hakimiyyətləri, ali təhsil ocaqları, millət
vəkilləri ,hüquq-mühafizə orqanları ilə mütamadi şəkildə gündəlik əməkdaşlıq əlaqələri yaradaraq oxuculara gündəlik ölkədə və dünyada baş vermiş vermiş xəbərləri ictimaiyyətə çatdıran media qurumu olaraq fəaliyyət göstərdi.

Fəaliyyət göstərdiyi gündən bu günə qədər heç bir mənfi imic yaratmayaraq redaksiya heyəti və əməkdaşlar haqqında Azərbaycan Mətbuat Şurasına, Medianın Inkişafı Agentliyinə, və hüquq-mühafizə orqanlarına heç bir şikayət daxil olmamışdır.

Rezonans.az-ın peşə fəaliyyətinə kölgə salmamaq məqsədiylə vəzifəli şəxslərə nəlayiq hərəkətlərin edilməməsi, “reket jurnalistikanın” qarşısının alınması məqsədiylə redaksiya heyəti olaraq hüquq-mühafizə orqanlarına müraciət edilmişdir.

Müstəqil media sahəsində tək amalımız ictimaiyyətə ədalətli və qərəzsiz informasiya çatdırmaq, şüarımız isə “Dövlətçilik Naminə” şərəflə xidmət etməkdi!

Comments (0)
Add Comment