AKP sözçüsü: “Həddini aşan iranlı siyasətçilər Prezident Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar”

“Həddini aşan iranlı siyasətçilər Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar. Çətin anlarda İranın dostu olan Prezidentimizə hücum edənlər öz ölkələrinin düşmənlərini sevindirirlər”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter” hesabında yazıb.

AKP sözçüsü bəzi İran siyasətçilərinin Türkiyə Prezidenti haqqında istifadə etdikləri çirkin dili qınadıqlarını bildirib: “Hər kəs İranın üzləşdiyi sanksiya və embarqolara susanda yalnız Prezidentimiz buna qarşı çıxmışdı”.

Alət çubuğuna keç