Ağ Ev sarsıldı: hamı bir-bir tərk edir

ABŞ Konqres binasının prezident Donald Tramp tərəfdarları tərəfindən işğal edilməsinin ardınca Ağ Evdə istefa dalğası yaşanıb.

Ağ Evin mətbuat katibinin müavini Sara Metyus və Ağ Evin Sosial Məsələlər müdiri Riki Niseta da istefa edib.

ABŞ mətbuatının məlumatına görə, Ağ Evdə başqa şəxslərin də istefasını açıqlaması planlaşdırılır. İddiaya görə, onlar arasında prezidentin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Robert Obrayn, onun müavini Matt Pottinqer və Prezident Aparatının rəhbərinin müavini Kris Liddell də var.

Qeyd edək ki, iğtişaşlar fonunda Ağ Evdə ilk istefa verən şəxs ABŞ-ın birinci xanımı Melanya Trampın Aparatının rəhbəri Stefani Qrişem olmuşdu.

Zümrüd

Alət çubuğuna keç