ABŞ Yaxın Şərqə əlavə qoşun göndərəcək? – Trampdan AÇIQLAMA

Vaşinqton hazırda İrana görə Yaxın Şərqə əlavə hərbi kontingentin göndərilməsinə ehtiyac görmür, amma belə qərar qəbul edilə bilər.

Dunyaxeber.info “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Mən düşünmürəm ki, bu, bizə lazımdır… Əgər bu lazım olarsa, əlbəttə, qoşunları göndərəcəyəm. İran çox pis və təhlükəli oyunçudur. Bu terror ölkəsidir və biz bununla barışmayacağıq”, – prezident deyib.

Qeyd edək ki, İran ətrafında vəziyyət Vaşinqtonun Fars körfəzinə hərbi donanma göndərmək barədə qərarından sonra gərginləşib. Vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın “Patriot” zenit-raket kompleksini çatdırıb.

Alət çubuğuna keç