“ABŞ səfirliyinin sorğuları Paşinyanın əhvalını yüksəldib” – Ermənistan qəzeti

Ermənistanda hökumət təmsilciləri özlərini cəmiyyətdən təcrid etmiş vəziyyətdədirlər, onları tənqidi fikirləri eşitmir və hökuməti bəyənməyənləri rədd edirlər.

Eurasia Diary xəbər verir ki, bu fikirlər Ermənistanın Hraparak qəzetində yer alıb.

Onlar dərin boşluq içindədirlər və yalnız onları bəyənənlərə qulaq asırlar. Qəzet qeyd edir ki, bu vəziyyət sadəcə parlamentdə çoxluq olan “Mənim Addımım” və “Vətəndaş Razılığı” partiyası üzvləri arasında deyil eyni zamanda ölkənin Baş naziri Nikol Paşinyanda da müşahidə olunur.

Belə ki, ona yalnız müsbət xəbər verirlər və nikbinliyə ürəkləndirirlər; və bunu yalnız [siyasi] komanda yoldaşları deyil, müxtəlif səfirliklər də edir.

ABŞ-ın Ermənistanda yerləşən səfirliyi də bu aksiyaya qoşulub. Qəzetin verdiyi məlumata görə səfirlik baş nazirə keçirilən sorğuların nəticəsini təqdim edərək onun əhvalını bir az da yüksəldib. Səfirliyin nəticələrinə görə Ermənistan əhalisinin 40%-i Mənim Addımım və 60%-i isə Nikol Paşinyana etimad göstərir.

Alət çubuğuna keç