ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq etdi

ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.

Oxu24.com-un xəbərinə görə, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, – deyə qeyd olunub.

Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib.