ABŞ Ermənistanı bu yolla Qarabağda… – Korotçenko

ABŞ Dağlıq Qarabağa Skandinaviyadan sülhməramlıların yeridilməsini təklif edib. ABŞ Ermənistanı Qarabağda hərbi məhvdən xilas etməyə cəhd edir.

Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram səhifəsində paylaşıb.

“Skandinaviyadan olan sülhməramlıları ən yaxşısı ABŞ-ın böyük şəhərlərinə yerləşdirmək lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen Qarabağa Skandinaviya sülhməramlılarının yeridilməsi ilə bağlı danışıqlar aparıldığını bildirib.

Alət çubuğuna keç