ABŞ buna görə parçalanır – Rusiya XİN

ABŞ-ın arxaik seçki sistemi demokratik standartlara uyğun deyil. Bu da ABŞ ictimaiyyətində parçalanmağa səbəb olur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

ABŞ Konqresi binasının Donald Trampın dəstəkçiləri tərəfindən 4 saat ərzində işğal edilməsi barədə danışan M.Zaxarova qeyd edib ki, bu hadisə ABŞ-ın daxili məsələsidir: “Amma ABŞ-dakı seçki sisteminin arxaik olduğuna yenidən diqqət çəkmək istəyirik. Bu sistem çox sayda pozuntulara yol açır. ABŞ mətbuatı isə isə siyasi güc mübarizəsinin vasitəsinə çevrilib”.

Alət çubuğuna keç