Sürücülük vəsiqəsi olmayan sürücü DSX zabitini maşınla vurdu

Şəmkirdə “Vaz 21011” piyadanı vurub.

Lent.az -ın məlumatına görə, hadisə oktyabrın 5-də axşam 20:50-də Şəmkir rayon Dəllər qəsəbəsi N.Nərimanov küçəsində baş verib. Sürücülük hüququ olmayan Əliyev Nicat Ziyad oğlu idarə etdiyi “Vaz 21011” markalı avtomobillə Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının leytnantı Salayev Rahib Hümbət oğlunu vurub. Ehtiyatsızlıqdan baş verən qəza piyadanın baş nahiyəsinin hemotoması, boyun və omba nahiyələrinin yerini dəyişmiş qapalı sınıq xəsarətləri ilə nəticələnib.

Hadisə ilə əlaqədar porkurorluq və polis orqanlarının əməliyyat qrupu, məhkəmə-tibbi eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsindən Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.