İtaliyada Dünya çempionatı keçirildi

2019-ci ildə idmançılarımız Hapkidocuları İtaliyada döyüş sənətləri üzrə növbəti dəfə dünya çempionatının qalibi oldular və ugurlarına imza atdılar. Federasiyanın Prezidenti Süleyman Məmmədli mətbuata verdiyi məlumata görə, Çempionatda 4 – idmançının iştirakı ilə idmançılarımız 3 – qızıl və 1- gümüş medalı əldə edərək dünya çempionatının qalibi oldular. Qeyd edək ki, çempionatda Veteranlar arasında Federasiyasının prezidenti Süleyman Məmmədli 1-qızıl, Arif Mustafayev 95+qızıl, Sübhan Hümbətov 75 kq qızıl, Balakisiyev Əli isə yeniyetmələr arasında gümüş medalı əldə edərək ugura imza atdılar. Nuranə Abdullayeva