Xətai icra hakimiyyətinə təyinat gözlənilir… – İDDİA

 Bir ilə yaxındır ki, başçısız qalan Xətai rayonu “Azərenerji” ASC-nin sədri Baba Rzayevin kurasiyasına veriləcəyi haqda iddialar hələ əvvəlindən yayılıb.

Dia.az xəbər verir ki, bu barədə danışan mənbənin iddiasına görə, “Azərenerji” ASC-nin sədri Baba Rzayevin qardaşı Emin Rzayev Xətai rayon icra başçısı təyin edilmək üzrədir. Artıq Emin Rzayevin sənədlərinin prezidentin iş stolunun üstündə olduğu və yaxın günlərdə qərarın verilə biləcəyi ehtimal edilir.

Məlumatlara görə, bu gün qərar verilə bilər.

Qeyd edək ki, bu posta eyni zamanda Daşkəsən RİH-ə rəhbərlik edən Əhəd Abıyevin də iddialı olduğu deyilir.