Yeni icra başçısından radikal dəyişiklik

Xaçmaz yeni icra başçısı Elnur Rzayev radikal qərar verib.
Vətəndaş qəbulu günləri barədə olan qaydanın ləğv edilməsi rayon sakinlərini məmnun edib. Qəbul günlərinin ləğvindən sonra iş günlərində icra hakimiyyətinə gələn hər vətəndaş icra başçısı ilə istənilən vaxtda görüşə bilər.

Yeri gəlmişkən, bundan əvvəl icra başçısının vətəndaş qəbulu həftənin 5-ci günü təşkil edilirdi. /aznews.az