Bu gün 29 oktyabr 2019 cu ilde Əsəd Soltan oğlu Əsədovun anım günüdu

Milli Qəhrəmanlar tanıtma içtimai birliyi Nərimanov royon sədri Ədhəm Məmmədov təşkilatı dəstəyi ilə 29 oktyabr 2019 cu ilde Əsəd Soltan oğlu Əsədovun anım günü kecirildi.

Əsəd Əsədov 1956 cı il mart ayının 22 də Zəngilan rayonunun Turabad kəndində sadə bir ailədə doğulmuşdur.
1963-1973 cü illərdə Mincivan qəsəbəsində orta məktəbi bitirmişdi.
1975-ci ildə Əsəd Əsədov Sovet Ordusunda qulluğa çağrılmışdır.Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətində Krasnokutsk şəhərində Təyyarəçilik məktəbinin mülkü aviasiya şöbəsinə daxil olmuşdur.
1976 cı ildə təyyarələrin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülkü Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlayır.
Çox qısa bir müddəddə Ə. Əsədov kollektivin rəğbətini qazanır.
Erməni işğalçıları torpaqlarımıza təcavüzə başlayanda o da, ermənilərə qarşı mübarizəyə qoşuluq.
Ə.Əsədov təcrübəli bir pilot kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar edir və hər dəfə də,ekstremal vəziyyətlərdən düzgün qərar qəbul edərək düşmənin layiqli cavablarını vermişdi.
Yevlax Aviasiya Şirkətinə məxsus AH-2 təyyarəsinin komandiri Ə. Əsədov Qarabağ səmasında düşmənə çoxlu sayda zərbələr edirmişdir.
1991-ci ol oktyabr ayının 29-da Ə.Əsədov 9 nəfər döyüşçü ilə Xocalı aeraportuna kömək etmək üçün havaya qalxdılar.Xanabad kəndi üzərindən ucarkən düşmən tərəfindən atəşli hücuma məruz qaldılar. Cəsur Komadir heyət üzvləriylə birlikdə bu hücumda həlak oldular.
Azərbaycan Respublikasının Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 tarixli Fərmanı ilə Əsəd Soltan oğlu Əsədov ölümündən sonra “Azərbaycanın Milli Qəhramanı” adına layiq görülmüşdür.
Ailəli idi. Dörd uşağı yadigar qaldı.
Ə.Əsədov Zəngilan rayonunda dəfn edilib.
Zəngilan rayonu Turabad kənd orta məktəbinə və Mincevan qəsəbəsindəki mərkəzi küçələrdən birinə Qəhrəmanın adı verilmişdir.