İmadəddin Nəsimi -650

“Nəsiminin poetik fəlsəfə aləmində insan konsepsiyası”
Azərbaycan Respublikası “Ziyalı Ocağı” İctimai Birliyi bu ilin oktyabr ayının 26-da Old Vest Otelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xəttii ilə “Nəsiminin poetik fəlsəfə aləmində insan konsepsiyası” adı altında növbəti tədbirini reallaşdırdı.
Dəyirmi masa formatında baş tutan bu tədbirdə QHT rəhbərləri, jurnalistlər, tədqiqatçılar, yazıçılar, şairlər, habelə şagird və müəllimlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan “Ziyalı Ocağı” İctimai Birliyinin sədri, tədqiqatçı İlahə Əliyeva vurğuladı ki, “Bizim bu günkü tədbirimiz ölkə prezidenti, cənab İlham Əliyevin söz, sənət sahiblərinə olan diqqət və qayğısı nəticəsində həyata keçirilir. Məlum olduğu kimi, cənab Prezident 2019-cu ili Azərbaycanda Nəsimi ili olaraq elan etmişdir. Nəsimi irsinə yetirilən bu diqqət elmə, sənətə, ədəbiyyata verilən böyük dəyərdir. Bunun üçün cənab Prezidentə öz təşəkkürümüzü bildiririk”.
İ.Əliyeva onu da qeyd etdi ki, “Nəsiminin poetik fəlsəfə aləmində insan konsepsiyası” əsas yerdə dayanır. İnsan və insana verilən qiymət, mövcud cəmiyyətin insana qarşı münasibəti şairin yaradıcılığının əsas xəttini təşkil edir. Nəsimi aləmi dərin və eyni zamanda, zəngin bir dəryadır. Bizim bu günkü tədbirimiz Nəsimi adlı bir dəryadan kiçicik bir zərrəni özündə nümayiş etdirir”.
Tanınmış jurnalist Rəsul Mirhəşimli mövzunu davam etdirərək qeyd etdi ki, ölkə başçısının İmadəddin Nəsimiyə qarşı ehtiramı xalqımıza və dövlətimizə olan ehtiramdan irəli gəlir. Bu qəbildən olan tədbirlərin dəstəklənməsi əslində böyük işdir. Nəsiminin nəinki Azərbaycanda, hətta Azərbaycanın hüdudlarından kənarda da təbliği xalqımızın bu böyük dühasına olan dərin sevgi və hörmətin bariz nümuəsidir.
İmadəddin Nəsimi irsinin təbliği və tədqiqi olduqca önəmlidir. Xalqımız məhz bu qəbildən olan, elm, ədəbiyyat xadimlərinin sayəsində tanınır, sevilir.
“Kitab evi” İctimai Birliyinin sədri, tədqiqatçı Adlə Nəzərova qeyd etdi ki, bu günkü tədbirin böyük şairimiz İmadəddin Nəsimiyə həsr edilməsi təqdirəlayiq haldır. Təmsi etdiyim birlik Nəsimi irsini təbliğ etmək məqsədi ilə bu il uğurlu bir layihəyə imza atdı. Belə ki, şairin Azərbaycan türkcəsində mövcud olmayan 40 qəzəli ərəb və fars dilindən –yəni mənbədən birbaşa şəkildə Azərbaycan türkcəsinə tərcümə edildi. Çox yaxın günlərdə böyük uğurla tərcüməsini etdiyimiz bu qəzəllər kitab halında oxucularla görüşə gələcək”.
Masallı rayon Şərəfə kənd orta məktəbinin X sinif şagirdi Nərmin Əzizlinin ifasında səslənən “Sığmazam” qəzəlindən sonra çıxışlar əsasən bu qəzəlin mövzusu üzərində quruldu. İqtisadçı şairə İlhamə Əhmədli Nəsiminin bu qəzəlinin sonuncu-
– “Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam-. misraları üzərində dayandı. Xüsusi maraq doğuran bu misralar iştirakçılar tərəfindən geniş şəkildə təhlil obyektinə çevrildi ”.
“Dünya və Ana İctimai Birliyinin sədri Dünya Əliyeva vurğuladı ki, “Nəsimi yaradıcılığında kamil insan obrazı ən əhəmiyyətli məqamdır. İnsan kamilləşdikcə mövcud cəmiyyət də inkişaf edir, çiçəklənir. Bu obraz bütün dövrlər üçün aktualdır”.
Bədii qiraət ustası Rəhilə Heybətəli qızı Şairin məşhur “Etməgil” qəzəlini xüsusi heyranlıqla səsləndirdi və onun ifası tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılandı.
Tədbir digər qonaqların iştirakı ilə davam etdirildi.

На изображении может находиться: 19 человек, в том числе Dunya Aliyeva, Теране Туран Рагимли и Ханоглан Ахмедов, люди улыбаются, люди сидят и в помещении
На изображении может находиться: 2 человека, люди сидят, стол и в помещении
На изображении может находиться: 3 человека, люди стоят и в помещении
На изображении может находиться: 2 человека, люди сидят, стол и в помещении