Havaya atəş açması ona baha başa gəldi – Silah nömrəsiz çıxdı

Tovuz sakinində silah aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz RPŞ-yə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılmış, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.