Fədai insan

Şirinov Mustafa Surxay oglu 1951ci ildə Cəbrayilin Böyük Mərcanli kəndində anadan olmuşdur.
1969-1975 ci illərdə APU nin dil ədəbiyyat fakultəsində təhsil almiş,əmək fəaliyyətinə 1969 da Böyük Mərcanli kənd kitabxanasinda,
1973 ildən isə orta məktəbdə müəllim çalişmişdir.1985 ci ildə Böyük Mərcanli kəndində sovetliyin katibi daha sonra 1992 ci ildən müavin işləyən Mustafa müəllimə etimad köstərildi və o 2011də Böyük Mərcanli kəndinə icra nümayəndəsi təyin edildi.
Mustafa müəllim dediki kəndin 11000 əhalisi məcburi köçkün kimi 25 rayonda məskunlaşib.Kəndin ziyayilarindan 12 nəfəri elmlər namizədidir,nümayəndəlikdə dörd orta bir 8 illik məktəb,bir xəstəxana iki mədəniyyət evi fəaliyyət göstərir.2019 cu ildə isə Ölkə Prezidentinin sərəncami ilə “Tərəqqi”medali ilə təltif edilir.Ailəlidir 6 qiz,1oglan atasidir.Əsas odu 14 nəvəsiylə qürur duyur.
Ömrünü vətənə,ailəsinə bagli bir insanla həmsöhmət olmaq mənə xoş təsir bagişladi.Dedim müəllim icazə verin şəklinizi çəkim dedi-gələn dəfə inşallah.Qəsəbədə vir neçə adamdan soruşdum agiz dolusu danişdilar hətda Fədaidi dedilər.Yeddi uşagi böyüdüb ərsəyə çatdirmaq, hamisida ali təhsilli ən ali təqdirə layiqdi.Oglu Rövşən Cəbrayil rayon icra hakimiyyətində mühasib işləyir.Nəvələrindən agiz dolusu danişdi,dedi-həyat yoldaşimda müəllimədir.Belə bir ziyali ilə görüşdən zövq aldim.

Faiq İbrahimbəyli
Şair-publisist.