“Şeytana lənət deyib, Azərbaycanın adına ləkə gətirəcək əməldən geri çəkilin”

Məlum olduğu kimi, bir qrup insan, kütləvi şəkildə oktyabrın 19-u metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib. Milli Hüquq Evinin rəhbəri, hüquqşunas Nicat Gözəlov İnterposta.info-ya münasibət bildirib. O bu tip aksiyaların Azərbaycanın adına ləkə gətirdiyini bildirib: “19.10.2019 tarixində Toqquşmaya gedən zaman nə İqtidar, nə də Müxalifət Müdrik olmadılar, Azərbaycanımızın itirəcəklərini, Qarabağımızın taleyini fikirləşmədilər, nəticədə daha ciddi zədələr aldı Azərbaycan və bütün hallarda dünyaya rəzil oldu! Azərbaycan çox itirdi! Azərbaycanı belə qorumurlar! Harada ki, İqtidar Vətəndaş Cəmiyyətini əlaltı, Müxalifəti düşmən sayır, harada ki, Vətəndaş Cəmiyyəti İqtidarı opponent, Müxalifət isə düşmən sayır, həmin Dövlətin itkiləri çox olur! Heç kim və heç nə sığortalı deyil. Bu Dünyanı tutub gedə bilən də görmədim. Belə etməyin, içinizi yeyən Kini və Nifrəti kənara qoyun, “Şeytana lənət” deyib, Azərbaycan adına Rəzalət və Zəlalət gətirəcək hər əməldən geri çəkilin, Millət eşqinə, onun maraqlarına qayıdın. Ortada Ağır mübahisə var, həll edilməlidir, tərəfsiz ola biləcək Mediatora ehtiyac varsa, məni seçin, oturun, danışaq, çözək, Azərbaycanı qoruyaq! Tanrı Azərbaycanımızı qorusun!”