EŞQ OLSUN RƏCƏB TAYYİB ƏRDOĞANA!

(Terrora qarşı çıxan ürəyinə sağlıq. Alnın açıq, üzün ağdı…)

Türkiyə bir daha sübut etdi ki, terrorun arxasında dayananlar, bizim dostumuz ola bilməz. Hətta, Trampın məktubunu zibil qabına atması ilə əsl prezident olduğunu, bu adı şərəflə daşıdığını sübut etdi. Elə ona görə də, 30 ilə yaxın olan Qarabağ hadisələrinə nəzər salaraq, özüm özümdən utandım.
Necə olur, on milyonluq bir xalq, üç milyon erməni haylarının qarşısında məğluba boyun əyir?.. məhz buna gərə də mən türk lideri RƏCƏB TAYYİB ƏRDOĞANIN ağıllı düşünən ağlına vurğunam. Uzaq da olsa onun alnından və Trampın məktubunu zibil qabına atan əlindən öpürəm. Sən əsl Atatürkün davamçısı olan bir lidersən.
Ərdoğan Tranpı açıq şəkildə sındırdı. 120 saat ərzində terroristlər ölkəni tərk etməlidir, əks halda Barış Pınarı Hərəkatı yenidən irəliləməyə davam edəcəyini bildirdi.
Artıq biz iki dövlət bir millət deyil, altı dövlət bir millətik. Türk suriyalıları öz evinə, ocağına göndərdi. Bizim də ölkə prezidenti İlham Əliyevin belə bir addım atmasının əsl vaxtıdır. Öz torpağını müdafiə etmək üçün xalq bir yumruq olmağa hazırdı.
Cənab Prezident, Qarabağın işğalı bizə utanc gətirir.
Bu gün Müstəqillik günüdür. Amma mən müstəqil deyiləm. Müstəqil olmaq üçün Qarabağa da müstəqil addım atmaq lazımdır.

GÜLSÜM Adilqızı

На изображении может находиться: 1 человек