Heydər Əliyev Fonduun vitse-prezidenti Leyla xanım Əliyevaya Hörmətli Leyla xanım!

Nəzərinizə çatdırırıq ki, Siz Azərbaycan gənclərinin lideri kimi təkcə doğma Vətənimizdə deyil, xarici ölkələrdə də yaxşı tanınırsınız. Sizin ictimai –siyasi fəaliyyətiniz zəngin və qürurvericidir. Istər “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı kimi, istər Rusiya Azərbaycanlı gənclər təşkilatının sədri kimi, istərsə də “Bakı” jurnalının təsisçisi və baş redaktoru kimi həyata keçirdiyiniz layihələr bizi – xarici ölkələrdə yaşayan azərbaycanlıları da sevindirir və Sizinlə fəxr edirik. Bütün bu layihələrin uğurla nəticələnməsi Sizin gərgin əməyinizin və parlaq istedadınızın nəticəsidir. Hörmətli Leyla xanım! Qırğızıstan Respublikasının Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatından keçən “Dünya azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı” təşkilatı da mədəniyyətimizin təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra uğurlara imza atıb. Belə ki 2007-ci ildə Almata şəhərində keçirdiyimiz “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” adlı 2-ci elmi-nəzəri konfrans həmin zaman Azərbaycanda ilin mühüm hadisəsi elan olunub. Təşkilatımız xalq diplomatiyası çərçivəsində doğma Vətənimizə bir neçə səfər təşkil edib. 2008-ci ildə həmin xətlə Çingiz Aytmatovu Bakıya gətirmişik. Tərəfimizdən 114 kitab müxtəlif dillərə tərcümə edilərək nəşr edilib və pulsuz paylanılıb. Qeyd edim ki, həmin kitabların bir çoxu ulu öndərimiz Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevin fəaliyyətinə həsr olunub. Sevimli yazıçımız Mir Cəlalın üç cildliyinin qırğız dilində nəşr edilməsi də bu qəbildəndir. 40-a yaxın kitabın tərcüməsi hazırdır. İnşallah, bu yaxınlarda nəşr etidib oxucuların ixtiyarına verəcəyik. Ənənəmizə sadiq qalaraq həmin kitabları da pulsuz yaymağı nəzərdə tuturuq. 2009-cu ildə ingilis və rus dillərində nəşr etdirdiyimiz “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” kitabına görə düşmən ölkənin xarici işlər nazirliyinin Qırğızıstana nota verməsini də yəqin ki, xatırlayırsınız. “İki dahi şəxsiyyət …” filmi də bizim dəstəyimizlə ərsəyə gəlib.Bundan başqa bir neçə filmi qırğız dilinə tərcümə etdirmişik. Hazırda “Ermənilərin Qafqaza köçü xronikası”, “İlk xristian ölkəsinin izi ilə”, “İrsimizə atəş açmayın”, “Yerevanda azərbaycanlıların izi ilə” filmləri qırğız dilinə tərcümə etdirilib. Çin dilinə tərcümə olunur. Çin dilinə tərcümə başa çatandan sonra filmləri dublyaj etdirib tamaşaçıların ixtiyarına verəcəyik. Əvvəllər həyata keçirdiyimiz bütün layihələr “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun adı ilə həyata keçirilib. Azərbaycanımız naminə fəaliyyətimiz bu gün də davam edir. Hörmətli Leyla xanım! Vaxtilə Sizin Qırğızıstana gəlib onun incisi İssık-Kul gölünə ziyarətə getməyiniz bu qardaş ölkədə yaşayan həmvətənlərimizin sevincinə səbəb oldu. Həmin səfəriniz zamanı İssık-Kul gölünə həsr etdiyiniz şeir bizim sevincimizə daha bir sevinc qatdı. Həmin şeir 27 sentyabr 2019-cu ildə bizim təşəbbüsümüzlə filologiya elmlər doktoru, рrofessor Osmonakun İbraimov tərəfindən tərcümə olunub Qırğızıstanın milli informasiya agentliyi olan “Kabar”da və ən çox oxunan “Akipress” portalında , o cümlədən, dövlətin rəsmi qəzeti “Erkin Too”da dərc olunub. İssık-Kul şeirinizin Azərbaycan variantı da gözəl səslənir. Şeiri Azərbaycan dilinə şair-publisist Süleyman Əlisa tərcümə edib. Getdikcə məşhurlaşan bu şeir Qırğızıstandakı bəstəkarların da diqqətini çəkib və artıq şeirə mahnı bəstələnir. Dünya Azərbaycanlıları və digər Türkdilli Xalqları İttifaqı təşkilatı icazənizlə sizə münasib bir vaxtda həmin mahnının təqdimat mərasimini keçirmək istəyir, (xahiş edirik vaxtı müəyyənləşdirib bizə xəbər verəsiniz) Sizi həmin tədbirə dəvət edir və iştirakınızı şərəf sayırıq. Mahnının təqdimatı bir sıra kitablarla birlikdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində, eləcə da Bakıda keçirilə bilər. Əvvəlcədən təşəkkürümüzü bildiririk və yolunuzu gözləyirik. Əlavə olaraq qeyd edim ki biz həm də Sizin bir şeirlər kitabınızı qırğız dilinə tərcümə elətdirib nəşr etdirmək niyyətindəyik. Dərin hörmətlə, Nüsrət Məmmədov Dünya Azərbaycanlıları və digər Türkdilli Xalqları İttifaqının Prezidenti