Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırovun anim qünüdü

Milli Qəhrəmanlar tanıtma ictimai birliyi Nərimanov rayon sədri Ədhəm Məmmədov,
Dünya ana və uşaqlar ictimai birliyinin sədri Dünyaxanım Əliyeva,Dünyaxəbər.com saytının birgə lahiyəsi!

Tahir Əminağa oğlu Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır.

Şirvar şəhərində (Əli-Bayramlı) 1974-cü ildə 8-ci sinifi bitirib, həmin ildə sürücülük sənətinə yiyələni. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləyib.

Tahir Bağırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulub. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunub, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilib. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak edib.

1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına həlak olub. Tahir Əminağa oğlu Bağırov Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Şirvan şəhərində yaşadığı küçəyə və 11 saylı orta məktəbə onun adı verilib. Ailəli idi. İki oğlu yadigar qalıb.