FUAD ATATÜRK MƏKTƏBİNDƏN BƏHRƏLƏNDİ

(Erməni xislətlilərə sübut etdi ki, ayaq üstə ölmək, dizi üstündə yaşamaqdan daha yaxşıdır.)

Bir neçə gün əvvəl Fuad Abbasov haqqında kiçik bir məqalə yazmışdım. Məqaləni öz səfəmdə paylaşdım. Bir də baxdım ki, dünyaxəbər də öz saytında yerləşdirib. Çox sağolsunlar, Fuada olan hörmətdən irəli gəlir. Məqalə Fuad Abbasovun Feyzbuk səfəsində də, geniş oxucu tərəfindən oxundu. Təbii ki, bu mənim deyil, xalqın hörmət və rəğbətini qazanan Fuadın uğuru idi.
İkinci dəfə bu mövzuya qayıtmağım heç də əbəs deyil. Oxucuların mesajları və minnətdarlığı təkrar bu mövzuya qayıtmağıma səbəb oldu.
Əziz oxucular, hər birinizə ayrı-ayrılıqda minnətdaram. Məqaləni yazan əllərimdən öpmək istəyən analara, qurban olaram… Necə oldu sizlər Fuadı bu qədər sevdiniz… Mən də sizi kimi, onu doğma balam qədər sevdim. Bəzən boğazımdan bir tikə loxma da keçmədi. Onun aclıq aksiyasına ürəyim param-parça oldu. Şükür qovuşdurana. Fuad sevənlərinin arasındadır.
O, jurnalist peşəsinə Türkiyədə yiyələndi. Təhsili Türkiyədə aldı. Orada Mustafa Kamal Atatürkün vətən sevgisini öyrəndi. Görünür orada alınan təhsilin müsbət keyfiyyətindəndi. Çünki, Ramil Səfərov da Türkiyə təhsili almışdı. Görün bu iki oğulun iradəsi bir-birinə nə qədər yaxındır.
K.Marks nə qədər ağıllı fikir söyləmişdi: – “Tarix elə adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışaraq, özləri getdikcə daha ali-cənab olmuşlar. Sanki o, bu sözləri indiki nəslin, Azərbaycan adlı dövlətin yetişdirməsi Fuad Abbasov haqqında demişdi. Gerçək deyilmi?..
Fuadı yetişdirən ana həm də müəllimədir, ömrünün 40 ilini şagirdlərinə verib. Öz ocağında Fuad kimi oğul yetişdirdi. Onu həyatın qoynuna sərbəst buraxdı. Ana bilirdi ki, tərbiyə verdiyi oğul istər Türkiyədə, istər Rusiyada şərəfli adla yaşayacaq. Oğlunun məqsəd və məramlarını görürdü. Onu məqsədlərinə doğru yürüməyə göndərdi. Yenə də K.Marksın sözünü stat gətirəcəyəm: – “İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır.” Bu baxımdan da Fuad mənəvi cəhətdən yoxsullaşmaq yox, daha da zənginləşməyi seçdi. Mənəviyyatı yoxsul olanlara mənəviyyat dərsi keçdi. Həm də bu dərsi uzaq Rusiyada, həyatını risqə ataraq keçdi. Bununla da, ağlının gücü ona mayak oldu. Düşüncələrini təkcə məqalələrindən deyil, rəhbərlik etdiyi “MİSRA” TVdən, Rusiya televiziyasından dünyaya çatdırdı. B.İ.Lenin demişkən: – “İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur.” Böyük mübarizələrdən keçdi, amma əyilmədi, şərəfsizlərə boyun əymədi.
Əziz oxucular, uzun illərdir ki, erməni dığalarının başımıza açdığı faciələrə şahidsiz. Azğınlaşmış düşmən durmaq bilmir. Analarımız bala dağına tablaşa bilmir. Hər gün şəhid xəbəri, hər gün atəşkəsin pozulması qeyrəti olanları hiddətləndirir. Nə qədər dözmək, nə qədər susmaq, nə qədər səbr etmək olar…
Bizim bir düşmənimiz var, o düşmən bizə dost ola bilməz. Yetər bu qədər tökülən qanlar!.. Deyərək Moskvada maskalanmış simaların maskasını yıtdı…
Jurnalust, xalqın səsi, millətin görən gözü, xəbəri dünyaya çatdıran Fuad məhz belə olmalı idi.
Qorxaqlar təhlükədən uzaqlaşandan sonra hədə-qorxu gəlir. Amma o, təhkükəyə doğru getdi. Erməni xislətlilərə sübut etdi ki, ayaq üstə ölmək, dizi üstündə yaşamaqdan daha yaxşıdır.

Moskva: – “Vətən çağırır” qəzetinin baş redaktoru

GÜLSÜM Adilqızı