“Başım sıxıntıda idi” – İstefaya göndərilən Abasov hansı kluba gedir?

Xəbər verdiyimiz kimi, Samir Abasov “Zirə” klubunun baş məşqçi postundan qarşılıqlı razılaşma əsasında göndərilib.

“Ümumi işimizin naminə, rəhbərliklə oturub xeyli danışdıq. Ümumi iş də nədir? “Zirə” klubudur. Ümumi maraq “Zirə”dir. Bundan sonra da belə qənaətə gəldik ki, yollarımızı ayıraq, bir–birimizlə kontaktımızı stop edək. Vəssalam.

Komanda hazırda 5-ci yerdə qərarlaşıb deyəndə ki, 5-ci pilləylə, 3-cü yerin fərqini görürsüz, yəqin. 1 dövrə keçib, Allahdan başqa kimsə bilməz ki, kim harda qurtaracaq. Mayda komandanın hədəfi nədir? Avroliqaya düşmək. Və klub rəhbərliyi də belə qənaətə gəlib ki, bu gedişlə getsək, oraya getməmək təhlükəsi var. Bu qədər. Stabil oyunlar məsələsi filan getməyimə səbəb oldu”.

Çalışdırıcı adının “Qəbələ” və “Sabah”la hallanması məsələsini də şərh edib:

“İstefadan əvvəl açığı, təklif gəlməyib. Çünki təklif etmək istəyənlər də bilir ki, mən ümumiyyətlə, bir klubda işləyə-işləyə kimləsə söhbətə getmərəm. Onlar bunu yaxşı bilir. Lakin “Zirə”dən ayrılan kimi adımın bəzi klublarla hallanması yaxşı haldır. Yadınızdadırsa, keçən il “Sumqayıt”dan ayrılanda da adım 3-4 klubla hallandı. Həmçinin, “Qəbələ”, “Səbail”, “Zirə” bu klublar arasında idi. İndi də adımın başqa klublarla hallanması çox sevindirici haldır. Ancaq istəyirəm ki, bu gün bütün telefon zənglərinə cavab verim ki, sabaha bir az başım yüngülləşsin. Başım çox sıxıntıda idi, bir az rahatlaşmaq istəyirəm”.

Naibə