Azərbaycanlılarla ingilislər Türkiyədə – EYNİ SAYDA EV ALIBLAR

Yanvar 2015 – Avqust 2019 dövründə Türkiyədən ən çox mənzil alan xarici ölkə vətəndaşları açıqlanıb. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin dövrdə azərbaycanlılar Türiyədə 4 min 328 mənzil alıblar.

Türkiyədə ən çox mənzili iraqlılar alıb , 24 min 20 ədəd. Siyahıda ikinci yerdə 12 min 11 mənzillə Səəüdiyyə Ərəbistanından olanlar, üçüncü yerdə isə 9 min 12 evlə kuveytlilər yer alır.

Növbəti sıralama isə belədir iranlılar 8 min 987, ruslar 8 min 579, əfqanlar 6 min 319, almanlar 5 min 273, ingilislər 4 min 721, ukraynalılar 2 min 654 ədəd.