“Binə” ticarət mərkəzində güclü yanğın başlayıb – Yenilənib – Fotolar

Bakının Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində güclü yanğın baş verib.

Yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara da keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub və hadisə yerində FHN-in qərargahı yaradılıb.

Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.

Hazırda yanğın davam edir. Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır. FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

***

Yanğının qarşısı alınıb. Hazırda ərazidə soyutma işləri aparılır.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Binə” ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib. İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.

"Binə" ticarət mərkəzində güclü yanğın başlayıb - Yenilənib