Sağlığında qiymət verin insanlara (Cabir Novruz)

Cabir Novruz Azərbaycan xalqının görkəmli nümayəndələrindəndir. Azərbaycan xalqının tarixi həyatında o həm incə ruhlu, zərif duyğulu bir şair kimi, həm də üsyankar bir şəxsiyyət kimi qalmışdır. Cabir Novruz yüksək səviyyədə vətənpərvər, doğma elini, obasını, xalqını dərin bir məhəbbətlə sevən şair olub.

Cabir Novruzun övladları da atalarına layiq şəxsiyyət olmuş, Vətəni üçün, xalqı üçün əllərindən gələni etmişlər. Onlardan biri – Müşfiq Novruzov haqqında danışmaq istəyirəm. Müşfiq gənc yaşlarından şeir-sənət sahəsində bir ulduz kimi parlamağa başlamışdır. Ilk yazılarından oxucuların rəğbətini qazanmış bir jurnalist kimi müxtəlif qəzet və jurnallarda çalışmışdır. Müşfiq bir insan kimi hamının hörmətini qazanmışdır. Hamıya əl tutmağa, hamının dərdini bölüşməyə hazır idi. Olduqca əməksevər insan idi. Verilən tapşırıqları canla-başla yerinə yetirər, yoruldum deməzdi. Onu başqalarından fərqləndirən başlıca cəhəti yaxşılıq idi. Dost, tanışı çox idi. Çağrılan hər bir tədbirə həvəslə gedərdi. Şoto Rustavelinin dediyi “Özünə dost axtarmayan, özü-özünün düşmənidir” kəlməsini tez-tez işlədərdi.

Onunla yaxından tanış olanlar bilirdilər ki, Müşfiq müəllim dediyi sözlərin ağasıdır. Sözü üzə deyəndir. Söz verdisə çalışacaq yerinə yetirsin. Çətinə düşənlər, işləri dolaşanlar ondan məsləhət alar, ona güvənirdilər. O, da əlindən gələni edər, heç kimi naümid qoymazdı. Bir sözlə onun sözü kişi sözü olardı. Hər günü məkanı yaşmağa çalışardı. Tez-tez dostlarla süfrə arxasında oturar, çətin suallara cavab axtarırdı. Onun fikrinə görə həyat insana bu dünyada yerinə yetirilməsi şeyləri icra etmək üçün verilib. Ev tikmək, ağac əkmək, uşaqları böyütmək insan üçün icrası lazım olan minimum əməllərdir. Bu fikrin müdrikliyi ondan ibarətdir ki, sadalanan hər bir əməl nəinki insanı ucaldır, onun gələcəyinin bünövrəsini qoyur. Həqiqətən də ev ya bina insandan sonra onun izini daşıyan bir əməl kimi qalır: orada yaşayanlar keçmişə minnətdar olurlar.

Müşfiq Novruzov həm də sözə böyük qiymət verirdi. Dediyi hər sözü ölçüb-biçirdi. Şeirləri diqqətlə dinləyirdi. Gənclərin dostu idi. Hamıya məsləhət verirdi. Gənc yaşlarından ağsaqqalıq misiyasını öz üzərinə götürmüşdü. Ömrünün gözəl çağlarını yaşayırdı. Təbiəti çox sevirdi. Tez-tez Xızı dağlarına gedər o yerlərə baxmaqdan doymazdı.

Onun yaradıcılığında da təbiət mövzusu həmişə əsas yerlərdən birini tutardı. Vətənə bağlı insan idi. Azərbaycan torpağının gözəlliklərini gözlərinə köçürərdi. Qəlbini musiqi üstündə kökləyərdi.

Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə, qəhrəmanlarına arxalanıb. O, igidlərə ki, o qəhrəmanlara ki, vətən köməyə çağıranda qılınca, qalxana sarılıb, at belinə qalxaraq döyüş meydanına tələsirdilər. Tələsərdilər kİ, yağıların pəncəsindən xilas etsinlər bu Vətəni.

Təəssüf ki, Qarabağın düşmən tapdağında qalması Müşfiqin ürəyini ağrıdırdı. Bəlkə də elə bu ağrılar onu ömrünün ən gözəl çağında bizdən ayırdı. Onun ölümü həqiqətən də hamımız üçün böyük itki oldu. Yaşasaydı onun bu gün 55 yaşı tamam olacaqdı.

Allah onun ruhunu şad eyləsin. Allahdan Müşfiq müəllimə rəhmət diləyir, qohumlarına, yaxınlarına səbr diləyirik.

Qohumlarının, yaxın adamlarının və tanışlarının xatirələrində dərin insanı gözəlliklərlə qalan Müşfiq həmişə də xatırlanacaq, yad ediləcək.

Rəsmiyə Heybət ağa qızı,

“Qızıl qələm” mükafatı laureatı.

 

Yandırdı bizi

 

(Müşfiq Cabiroğlunun əziz xatirəsinə)

 

Sən gözəl bir vaxtda, gündə doğuldun,

Müqəddəs bir evin çırağı oldun.

Bəs niyə belə tez saraldın soldun,

Sənin ayrılığın yandırdı bizi.

 

Sevdin bu vətəni, sevdin bu eli,

Sən ayıra bildin qızılı, ləli.

Sənə tanış idi dağ, dağın dili,

Sənin ayrılığın yandırdı bizi.

 

Əlindən yaxşılıq gəlirdi ancaq,

Sevinc paylayırdın sən qucaq-qucaq.

Sönməz qaladığın müqəddəs ocaq,

Sənin ayrılığın yandırdı bizi.

 

Yayıldı hər yana şöhrətin, şanın,

Bildin sən qədrini hər ötən anın.

Sevimli oğlusan Azərbaycanın

Sənin ayrılığın yandırdı bizi.

 

Döndün bir zirvəyə dağlar başında,

İzin var bu yurdun hər qarışında.

Sən bizdən ayrıldın cavan yaşında,

Sənin ayrılığın yandırdı bizi.

 

Rəsmiyyə Heybətağa qızı

GunAz.az

 

Ot kökü üstə bitər

 

Ot kökü üstə bitər

 

Ot kökü üstə bitər

 

Ot kökü üstə bitər

 

Ot kökü üstə bitər