QAÇQIN DƏRDİ ÜRƏK YANDIRIR

(Ələddin Kəlbəcərli haqqında, Moskvanın Brülyova rayonunda maşın yolunu bağlamasından yazacağam)

Moskvada işlədiyim müddət ərzində həmişə qayğı gördüm. Çünki ətrafımda güvəniləcək qeyrətli oğullar vardı. Bəziləri kimi küçələrdə, reklamlarda ofis axtarmadım. Məqsədim özümdən deyil, Ələddin Kəlbəcərlidən yazmaqdır. İş yerim yola çox yaxın idi. Marşrutlar o yolla hərəkət edir, yəni nəqliyyatın gur yeridi. İşlədiyim həyətə sənəd göstərmədən girmək qadağası var.
2009-cu ilin mart aprel ayları idi. Bir gün iş otağımda oturmuşdum. Təxminən saat 10-11 arası olardı. Bu vaxt qapı döyüldü. Qapıda dayanan mühafizəçi rus qadın içəri girdi. Çox təlaşlı idi. Su verdim, oturmağa yer göstərdim. Sudan bir qurtum içib sözə başladı: – Bir azərbaycanlı yolun hər iki tərəfinə qəzetlər düzüb, özü də düz yolun ortasına uzanıb. Yolda böyük bir tıxac yaradıb. Mən tez yola qaçdım. Sürücülər, sərnişinlər toplaşıb tamaşaya durmuşdu. Qəzetlərdə Putinin, Heydər Əliyevin, İlham Əliyevi, Qarabağın fotoları vardı. Bir sözlə seçilmiş qəzetlərin arasında “Vətən çağırır” qəzeti də vardı. Yerimdə dondum, sonra elə bil yuxudan oyandım və yola uzanmış Ələddinə tərəf qaçdım. Bu nədir, sən nə edirsən, məqsədin nədir? deyərək yerdən qəzetləri yığmağa başladım. Sonra Ələddinin qolundan tutub qaldırdım. Yalvara-yalvara onu iş otağıma gətirdim.
Əlləri buz bağlamışdı. Elə bil ovcumda insan əli deyil, bir topa qar tutmuşdum. Otağa girən kimi isti çay süzüb qabağına qoydum. Ələddin əlini çaya uzadaraq ağlamağa başladı.
Onun gözündən axan yaşa ürəyim parçalandı. Çayı bir kənara itələyib çantasını götürüb masanın üstünə qoydu. Sonra çantadan bükülü bir kağız çıxardı. Kağızı açıb dedi: – Yaxın gəl, bax bu kağıza. Məni dəli edən bunlardı. Mən döyüşdə komandir olmuşam.
Mən yaxınlaşıb kağıza baxdım, Kəlbəcərin, Murovdağın foyoları idi. Kağızı büküb yerinə qoydu. Ona çayını içməyi xahiş etdim. Etməz olaydım. Ələddin ana deyib fəryad etdi. Mənə anamın məzarını verin, mənə Kəlbəcərimin buz bulağlndan su verin…
Onu sakitləşdirməyə çalışdım, o, qapını açıb bayıra qaçdı. Həyətdə su kranını açıb qarlı havada başını soyuq suda yumağa başladı. Anladım ki, bu sağlamlığın əlaməti deyil. Üst başı su içində olmuşdu. Onu çətinliklə yenə otağa gətirdim. Tir-tir əsirdi. Yaş paltarlarda oturması ürəyimi parçaladı. Otağım isti idi, amma soyuqlayıb sətəlcəm olacağından qorxdum.
Ələddinə yemək verdim, dedim biraz fikri dağılar, olmadı. Dostlarının telefon nömrəsini istədim. O da verdi. Kimə zəng etdim, dedi işim var. Çarəm hər yerdən kəsildi. Bu vəziyyətdə ona təcili yatdım çağırmağa ehtiyat etdim. Son ümidim geniralnı direktorumuz Ulxan Mirzəyev idi. Amma o da xaricdə idi. Başqa çarəm yox idi. Ələddin eşitməsin deyə, həyətə çıxıb ona zəng etdim. Hadisəni ona danışdım. Məni nəzakətlə dinlədi. Məsləhət gördü ki, onunla şirin dillə davranım.
Bir neçə dəqiqədən sonra mənə bir zəng gəldi. Zəng edən Bürlovanın sahə müvəkkili idi. Məni də Ulxan Mirzəyevin sayəsində tanıyırdı. Bildirdi ki, 10 dəqiqəyə təcili yardımla ora gəlirəm. Ələddinə aid olan nə varsa hamsını topla. Orada bir iz qalmasın.
Bəli, təcili yardım gəldi, Ələddini xəstəxanaya apardılar. İnanırdım ki, müalicəsi uğurla bitəcək. Elə də oldu.
Mən olanları çox qısa yazdım. Yəqin Ələddin də bu yazını oxuyar. Necə münasibət göstərər, bilmirəm. Ancaq mən onu demək istəyirəm: – nə olar, dəli deməyin Ələddinə. Ələddin dəli deyil. Heç dəlidən də döyüş komandiri olar. Dəli deməyin Ələddinə. O yaxşı bilir ki, Qarabağı işğal edən erməni yox, ruslardı. Ermənilərə böyük ermənistan yaratmaqda kömək edir. Dəli deməyin Ələddinə… Ələddin anası üçün, eli üçün divanədi…dəli deməyin Ələddinə

GÜLSÜM Adilqızı

 

На изображении может находиться: 3 человека, люди сидят