Yevlax şəhər Təhsil Şöbəsində “5 oktyabr Beynəlxalq müəllimlər günü” münasibəti ilə tədbir keçirilib – FOTOLAR

“5 oktyabr Beynəlxalq müəllimlər günü” münasibəti ilə Yevlax şəhər Təhsil şöbəsində tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin sədaları ilə açıq elan edilib.

Dunyaxeber.com İstixeber.info-ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yevlax şəhər Təhsil Şöbəsinin müdiri əvəzi Xaləddin Nifəliyev əlamətdar gün münasibəti ilə müəllimləri təbrik etdi, xoş arzularını çatdırdı.O rayon təhsilində əldə edilən uğurlu nəticələrdən danışmış, Təhsil Strategiyası ilə əlaqədar qarşıya qoyulan vəzifələri bildirmişdir. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda bir çox məktəb binalarının əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatlarla təchiz edildiyini qeyd etdi. Hər il rayonun da qabaqcıl müəllimlərinin dövlət başçısı tərəfindən təltif olunmasını vurğulayaraq təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını və razılığını bildirdi.

Daha sonra tədbirdə çıxış edən  Yevlax şəhər Təhsil Şöbəsinin Metod kabinetin direktoru Əli Quliyev 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 oktyabr tarixli sərəncamları ilə respublikanın təhsil işçilərinə fəxri adların verilməsinin, medalla təltif edilməsinin dövlət başçının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğuladı. Bu gün təhsili cənab Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva inkişaf etdirir. Bu gün gənc nəslin inkişafı, savadlı, əsil vətənpərvər kimi yetişməsi, dünyaya inteqrasiyası məhz onların adı ilə bağlıdır. Prezidentin Yevlax təhsilinə göstərdiyi qayğı rayonda bir neçə məktəbin əsaslı təmir olunması ilə əlaqədardır. Əli Quliyev sonda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirərək, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində növbəti illərdə bu uğurların daha da artırılmasını tövsiyə etdi, bütün pedaqoqları dövlət başçımızın ətrafında sıx birləşməyə çağırdı.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının müavini Qənimət Qaraşov Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun adından müəllimləri təbrik edib. Bildirib ki, prezidentin sərəncamları respublikamızın bütün bölgələrində təhsilin maddi-texniki bazasının gücləndirilir. Q.Qaraşov rayonun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirərək təhsil müəssisələrində təlim-tərbiyə prosesinin keyfiyyətinin ilbəil yaxşılaşdığını söyləyib, növbəti illərdə bu uğurların daha da artırılmasını tövsiyə edib.

Q.Qaraşov çıxışının sonunda gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Səməd Vurğun adına 5 saylı tam orta məktəbinin müəlliməsi Telli Kərimxanova bütün müəllimləri əlamətdar gün münasibətilə təbrik etdib, onlara can sağlığı arzulayıb.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax şəhər şöbəsinin rəisi polkovnik leytenant Elməddin Cəfərov müəllimləri peşə bayramları münasibəti ilə təbrik etmiş, onlara gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etməyi arzulamışdır. Çıxışının sonunda bir qrup təhsil işçisinə fəxri fərman təqdim edib.

Müəllimlər də öz növbəsində onlara qarşı göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Sonda Təhsil Şöbəsinin qarşısında xatirə şəkli çəkilib.

 

Dunyaxeber.com