Mehriban Əliyevadan Teymur Rəcəbova – QƏLƏBƏ TƏBRİKİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu facebook səhifəsində təbrik edib.
Sabaha-inamla.Azxəbər verir ki, Mehriban Əliyevanın təbrikinin məzmunu belədir:
“Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb.
Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!”.