Litvalıların yeni səyahət istiqamətləri: Azərbaycan və…

Litvanın vətəndaşları səyahət üçün daha ekzotik ölkələr seçməyə başlayıblar.

Litvanın “Exotic & Group Travel” turizm agentliyinin rəhbəri Alma Stanulioniene bildirib.

Onun sözlərinə görə, Litva vətəndaşları uzaq cənub-şərqi Asiya regionu, Cənubi Amerika ilə bərabər İpək yolu ölkələrinə də maraq göstərirlər. Bu sıraya Özbəkistan, Qazaxıstan, Monqolustanla bərabər Azərbaycan da aiddir.

Turizm mütəxəssisi bildirib ki, Azərbaycana səfər edən litvalılar unikal təəssüratlarla qayıdırlar.(Publika.az)