VƏZİFƏ ƏSAS DEYİL, ƏSAS OLAN İNSANIN ŞƏRƏFİDİR…

(Vəzifə insan həyatını sürətlə dəyişirsə, deməli o insalığını dəyişir.)

Ana övladını dünyaya pak gətirir. Zamanla o paklığa ləkə salan insan özü olur. Dünyada oxşar insanlar olmadığı kimi, oxşar xasiyyət də yoxdur. Görün yaradan nə qədər zəngindir… İnsana hər cür zənginlik verir. Ən güclü zənginlik ağıldı. Çalış hər işini ağılla gör.
Ölkədə baş verən olaylar çox sıxıcı görünür. İnsanların rifah halı kimidə əla, kimidə orta, kimidə aşağı, kimidə isə sürünərək keçir. “Əl tutmaq Əlidən qalıb” kəlam isə unudulub…
Var dövlət, zənginlik çoxlarının gözünü bağlayıb. Pulu xərcləməyin yerini bilmir. Adi qol saatına milyonlar verir. Amma qazilərin qanını içirlər. Bu gediş onları hara aparır, özləri də bilmir. Elə bilirlər ki, dünya əbədi, zaman onlarındı. Əsla… Nə dünya əbədidir, nə də zaman onlarındı. Bir gün dünyaya gəldikləri kimi də dünyadan gedəcəklər. Necəki çılpaq doğulub, ağa büküldülər, elədə çılpaq olub kəfənə büküləcəklər. Amma o ağın arasında paklıq, saflıq yox, dəhşətli bir qara ləkə ilə…
Allah sual edər, hansı əməllə gəldin hüzuruma… dil lal olar. Kitabın nədir… tər su basar… İnsanlarla, yaxın qonşularınla necə dolandın, Vətənə can yandırana, kasıba, əlilə, zəlilə nə kömək etdin… Susar, dil lal olar.
Amma mən səni yaratdım, hər kəsdən seçdim, sənə nazirlik verdim, sənə ən ali kürsülər qismət etdim, ətrafını deyil, xalqı gör dedim… sən nə etdin…
Veriləcək cavab tapmayacaqlar. Allah onları elə bir atəşdə yandlracaq ki, sokarın atəşi onun yanında heç olacaq.
Əgər bu atəşdə yanmaq qorxusu olan varsa, varını xalqa xərcləsin…

GÜLSÜM ADİLQIZI