“Maşın Şou”nun 18-ci sürəti start götürüb – İştirakçılar

Azərbaycan teleməkanının ən reytinqli layihələrindən olan “Maşın” realiti-şousunun 18-ci sürəti start götürüb.

“M Group Production” şirkətinin layihəsi olan şounun “Maskarad” buraxılışının 18 iştirakçısı var. Şouda meyxanaçı Aqşin Fateh, müğənni Ayan Babakişiyeva, müğənni Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, aşıq Namiq Fərhadoğlu, xalq artisti Bilal Əliyev, müğənni Türkan Vəlizadə, müğənni Nazim Pişyari, bloqqer Suna Kasımoğlu, aktrisa Zümrüd Qasımova, Fuad Musayev, reper Qurd (Fərid Eminov), xalq artisti Fatma Mahmudova, aktyor Məcid Hüseynov, müğənni Aysun İsmayılova, müğənni Ramal İsrafilov, aparıcı Lalə Mustafayeva yer alıb.

Qeyd edək ki, “Maşın Şou” hər gün saat 22:00-da ATV kanalında yayımlanacaq.