Leyla Əliyeva ISSIK –KUL SAHİLİNDƏ DÜŞÜNCƏLƏR

Leyla Əliyeva
ISSIK –KUL SAHİLİNDƏ DÜŞÜNCƏLƏR
Mənim İssık-Kulum cənnət guşəsi
Arzum, istəklərim dil açıb burda.
Təbiət nə gözəl şəklimi çəkib
Əksimi görürəm mavi sularda.

Zəriflik ruhuma qol-qanad verir
Sadəlik qəlbimi döndərir dağa.
İlahi, hamıya iman ver, güc ver
Ürəkdən-ürəyə körpü salmağa…

Necə də xöşbəxtəm, necə də şadam
Sənsən ümid yerim, sənsən pənahım.
Eyb etməz, qoy yenə tək-tənha qalım
Xəyalən göylərdən dünyaya baxım…

Baxıram hüsnünə səssiz, səmirsiz
Dinib-danışmağın nə mənası var?
Sevgim, məhəbbətim elə böyükdür
Bütün Yer kürəsi köksümə sığar.

Sən sirli dünyamsan, ey İssık-Kulum
Baxdıqca ürəyim coşur, çağlayır.
Hərdən kədər bizə yoldaş olsa da
Bizi tanrı sevir,, tanrı saxlayır.

Mən də bu dünyada insanam, axı
Dünyanın əşrəfi, bəzəyi insan!
İssık-Kul, bizləri heç vaxt unutma
Hər vaxt yolumuzda çıraq kimi yan!

Eşqini qəlbində gizli saxlayıb
Rahat ömür sürmək çətindir, çətin.
Bir gün vaxt gələcək, hər kəs biləcək
Nə idi məramım, nədir məqsədim?

Tərcümə edəni: Süleyman Əlisa
Şair-publisist

Leyla xanım Əliyevanın İssık Kula həsr etdiyi “İssık Kula arzum” şeiri “Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqının” sifarişi ilə qırğız və Azərbaycan dilinə tərcümə edilib. Şeiri qırğız dilinə Qırğızıstan milli Elmlər akademiyasının müxbir üzvü, professor, eks dövlət katibi, fövqəladə və səlahiyyətli səfir Osmonakun İbraimov tərcümə etmib. Qeyd edək ki Osmonakun İbraimovun “Çingiz Aytmatov imperiyanın axırıncı yazıçısıdır” kitabı “türkdilli dövlətlərin siyasətinə dəstək” fondunun sifarişi ilə azərbaycan dilinə tərcümə edilib. Şeirə Osmonakun İbraimov qırğız və rus dillərində rəy yazıb. Şeir rəylə birlikdə Qırğızıstanın milli informasiya agentliyi olan “Kabar” da və ən çox oxunan “Akipress” portalında nəşr edilmişdir. Bundan başqa dövlətin rəsmi qəzeti olan “Erkin Too” qəzetində nəşr edilmişdir Xatırladaq ki “Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqı” və “türkdilli dövlətlərin siyasətinə dəstək fondunun” prezidenti Nüsrət Məmmədovdur. Şeirə Qırğızıstanın məşhur bir bəstəkarı mahnı bəstələyir. Rus, Azərbaycan, qırğız dillərində ifa ediləcək mahnının təqdimatına Leyla xanımın da dəvət olunması gözlənilir. Şeir rus dilindən Azərbaycan dilinə də tətcümə edilmişdir. Azərbaycan dilinə şair – publisist Süleyman Əlisa tərcümə etmişdir.
Qeyd edək ki şeirə bəstələnən mahnının təqdimatı Qırğızıstan Azərbaycan mədəni əlaqələrində müstəsna rol oynayacaqdır.
http://kabar.kg/kyr/news/azerbaizhan-prezidentinin-kyzy-leila-alieva-ysyk-k-lg-bir-arzuu/
http://barakelde.org/news:376473/?from=barakelde&place=last&fbclid=IwAR00KYcpAkQJDZBdst-_8RIXOm1Z6_-WXIHs0ddUZ9Vpz5XVx7Auv9NlBCk
http://www.nazarnews.kg/news/38636