Ayda yadplanetlilər var: – Elm aləmini silkələyən açıqlama

“Ay ulduzlararası obyektləri “tutan” və milyardlarla il onları saxlayan balıq toruna bənzəyir. Onlar həyatın müəyyən formalarının “tikinti blokunu” yarada bilərlər”.

Cebhe.info xəbər verir ki, bunu Harvard Universitetinin professoru Avraam Loeb deyib.

Onun sözlərinə görə, Ayın geoloji və atmosfer xüsusiyyətləri yad varlıqların orada olma mümkünlüyünə imkan yaradır: “Yadplanetli həyat forması əvvəlki təxminlərdən fərqli olaraq daha geniş yayıla bilər”.

Professor bildirib ki, Ayın səthi 30-dan milyonadək ay materialından ibarət ola bilər: “Məsələn, elmə məlum olan aminokislota milyard il qala bilər. Bu isə Ayda yadplanetli həyatın mümkünlüyündən danışmağa əsas verir”.